Xəzər Xəbər

Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Dünya | 14:12 • 3 Oktyabr 2023
Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

2023-cü il üzrə fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Nobel Komitəsi oktyabrın 3-də ABŞ-nin Ohayo Dövlət Universitetindən Pyer Aqostini, Maks-Plank Kvant Optika və Münhen Lüdviq-Maksimilian Universitetindən macar-avstriyalı alim Ferens Krauz və İsveçin Lund Universitetindən fransız Ann L`yülyenin 2023-cü il üzrə fizika sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata “maddədə elektronların hərəkətini öyrənmək üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullar üçün” tədqiqata görə layiq görülüblər.

Xəbər lenti