Xəzər Xəbər

Finlandiya Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır

Dünya | 13:54 • 3 Oktyabr 2023
Finlandiya Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır

Finlandiya Rusiyanın təcavüzünə məruz qalan Ukraynaya yeni hərbi yardım paketi göndərməyə hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Elina Valtonen bu barədə özünün sosial media hesabında yazıb.

“Finlandiya indiyədək Ukraynaya təxminən 2 milyard avro həcmində dəstək göstərib. Müdafiə təyinatlı yeni yardım paketimiz artıq hazırlanır”, - deyə Elina Valtonen bildirib. Nazir, həmçinin Finlandiya və Avropa İttifaqının lazım olduğu müddətcə Kiyevə yardımı davam etdirəcəyini vurğulayıb.

Kiyevin Helsinkidən aldığı 2 milyard avroluq dəstəyin təxminən 1,3 milyard avrosu hərbi yardımın payına düşür.

Xəbər lenti