Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində məsciddə törədilən terror aktı nəticəsində 52 nəfər ölüb.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, ölənlər arasında yerli polis rəisinin müavini də var.
Məlumata görə, 50-dən çox insan yaralanıb.
Qeyd edək ki, partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.