Ermənistan 2024-cü ildə müdafiə xərclərini 7,3% artıracaq.
Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vaqe Ovannisyan deyib.
Onun sözlərinə görə, müdafiə xərclərinin gələn il 555 mlrd. dram (təxminən 1,5 milyard dollar) olması gözlənilir. Bununla da 2023-cü illə müqayisədə Ermənistan müdafiə xərclərini 97,4 mln. dollar artırır.