Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutu məsələsinə dair hüquqi qərarı üzrə ikitərəfli saziş imzalamağı təklif edib.
Xezerxeber.az xəbər verir ki, Ermənistanın beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndəsi Eqişe Kirakosyan bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Roma statutunun ratifikasiyası halında Moskvanın narahatlığını aradan qaldırmaq üçün Rusiyaya ikitərəfli saziş bağlamağı təklif etmişik”, - deyə o bildirib.
Kirakosyanın sözlərinə görə, Rusiya sazişi imzalamaqdan imtina etsə belə, ölkə liderlərinin toxunulmazlığı var və Ermənistana səfər edəcəyi təqdirdə Prezident Vladimir Putinin mümkün həbsi barədə söhbətlər yersizdir.