Xəzər Xəbər

İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib

Dünya | 16:26 • 26 Sentyabr 2023
İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib

İran məhkəməsi Əlburz əyalətində spirtli içki istehsal edən və satan dörd nəfəri ölüm cəzasına məhkum edib.

Xezerxeber.az xəbər verir ki, "Fars" agentliyi bu barədə məhkəmə nümayəndəsinə istinadla məlumat yayıb.

İyun ayında İranda kustar üsulla hazırlanmış spirtli içkidən zəhərlənən 17 nəfər ölüb, 191 nəfər isə kor olub. İttiham edilən şəxslər tibbi spirt alaraq onu digər komponentlərlə qarışdırır və satırmış.

İranda alkoqollu içkilərin istehsalı, satışı və istifadəsi qadağandır. Ölkə vətəndaşları leqal şəkildə yalnız texniki və tibbi spirt ala bilirlər. İran ərazisində yaşayan ermənilərə və assuriyalılara istisna hal olaraq spirtli içkilərin istehsalı və istifadəsinə rəsmən icazə verilib.

Xəbər lenti

Çox oxunanlar