Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə bir nəfər həbs edilib.
Xezerxeber.az xəbər verir ki, məlum olub ki, o, “Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyandır. Bu barədə onun vəkili Georgi Melikyan sosial şəbəkələrdəki hesabında məlumat verib.
Qeyd edilir ki, istintaqın bununla bağlı vəsatəti tam təmin olunub.
Bundan əvvəl vəkil Akop Cahangiryan bildirib ki, Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb.
Sentyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxladığını bildirib.