Xəzər Xəbər

Kubanın ABŞ-dakı səfirliyinə hücum olub

Dünya | 09:11 • 25 Sentyabr 2023
Kubanın ABŞ-dakı səfirliyinə hücum olub

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “molotov kokteyl” atıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla “X” sosial hesabında yazıb.

“Kubanın ABŞ-dəki səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - deyə nazir bildirib.

Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dəki diplomatik missiyasına ikinci hücumdur.

Xəbər lenti

Çox oxunanlar