Xəzər Xəbər

Lavrov və Hakan Fidanın müavinləri Qarabağda baş verənləri müzakirə ediblər

Dünya | 08:50 • 25 Sentyabr 2023
Lavrov və Hakan Fidanın müavinləri Qarabağda baş verənləri müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə Qarabağ və Suriya ətrafındakı vəziyyəti müzakirə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb. 

Tərəflər həmçinin taxıl müqaviləsini müzakirə edib.

Hər iki tərəf qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər.

Xəbər lenti