Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında İctimaiyyətlə Əlaqələr İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Görüş zamanı prezident sahibkarı Türkiyədə "Tesla" elektromobil zavodu açmağa çağırıb.
Türkiyə lideri ölkəsinin "SpaceX" ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştirak etməyə dəvət edib.
Qeyd olunub ki, prezident Maska Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında da məlumat verib. Danışıqların təfərrüatları isə məlum deyil.