İsveç NATO-ya üzv olmaq üçün Türkiyəyə verdiyi vədləri hələ də yerinə yetirməyib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka yola düşməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qanunları və ya konstitusiyaya düzəlişləri praktikada həyata keçirmək lazımdır. Əgər İsveçdə terrorçular polisin himayəsi altında aksiyalar keçirməyə davam edirlərsə, bu, hakimiyyət orqanlarının öz vəzifələrinə əməl etməməsi deməkdir. Stokholm küçələrində terror aksiyaları davam edir, bu isə o deməkdir ki, Ankaraya verilən vədlər yerinə yetirilmir.
Türkiyə Prezidenti ABŞ Konqresinin Türkiyəyə F-16 qırıcıları satılması perspektivini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirməsi ilə bağlı məsələyə də toxunub. “Deyirlər ki, Nümayəndələr Palatasının razılığı olmadan bu məsələ həll edilə bilməz. Onların Konqresi var, mənim də Parlamentim var. Onun hansı qərarı verəcəyini qabaqcadan söyləyə bilmərəm”, - deyə Rəcəb Tayyib Ərdoğan