Xəzər Xəbər

ABŞ Ukraynadan taxıl tədarükünü alternativ yollarla təmin etməyə çalışır

Dünya | 10:12 • 16 Sentyabr 2023
ABŞ Ukraynadan taxıl tədarükünü alternativ yollarla təmin etməyə çalışır

ABŞ administrasiyası Ukrayna taxılının alternativ marşrutlar vasitəsilə tədarükü ilə bağlı məsələlər üzərində işləyir və taxıl müqaviləsinin bərpasına ümid edir.

Xezerxeber.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib.

Amerikanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Vaşinqton və Berlin “Qara dəniz taxıl təşəbbüsünə” qayıtmağa çağırış etməkdə davam edir. “Əlbəttə, biz Ukraynadan taxıl ixracı üçün alternativ yollar üzərində işləməyə davam edirik”, - o bildirib.

Blinkenin sözlərinə görə, Rusiya taxıl müqaviləsindən çıxdıqdan sonra ərzaq çatışmazlığı yaranıb, qiymətlər bahalaşıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024