NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri 12-13 oktyabrda Brüsseldə görüşəcək.
Bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək iclasa Baş katib Yens Stoltenberq sədrlik edəcək.
Mətbuat xidmətindən həmçinin bildirilib ki, iclasın proqramı görüşün tarixinə yaxın zamanda ictimaiyyətə açıqlanacaq.