Xəzər Xəbər

Niderlandın Çinə sanksiyası qüvvəyə mindi

Dünya | 13:13 • 2 Sentyabr 2023
Niderlandın Çinə sanksiyası qüvvəyə mindi

Niderland Çinə qabaqcıl mikroçiplərin istehsalı üçün avadanlıqların ixracına məhdudiyyətlərin qüvvəyə mindiyini elan edib.

Xezerxeber.az “Politico” nəşrinə istinadla xəbər verir ki, qaydalara görə, yarımkeçiricilərin istehsalı üçün yüksək texnologiyalı avadanlıq istehsal edən Niderland şirkətləri ixrac lisenziyası almalıdırlar.

"Avadanlıqların nəzarətsiz ixracı ictimai təhlükəsizliyə təhlükə yarada bilər", - ölkə hakimiyyətinin qərarında deyilir.

Xüsusilə, məhdudiyyətlər yarımkeçiricilərin istehsalı üçün istifadə olunan fotolitoqrafiya maşınları bazarında dünya liderlərindən biri olan Niderlandın ASML şirkətinə təsir edəcək.

Çin daha əvvəl Niderlandı yarımkeçirici məhsulların ixracına nəzarətdən "sui-istifadə etməməyə" çağırmışdı.

Xəbər lenti

Çox oxunanlar