Xəzər Xəbər

Polşanın Smolenskdəki Konsulluq Agentliyi fəaliyyətini dayandırıb

Dünya | 16:27 • 31 Avqust 2023
Polşanın Smolenskdəki Konsulluq Agentliyi fəaliyyətini dayandırıb

Polşanın Rusiyanın Smolensk şəhərindəki Konsulluq Agentliyi fəaliyyətini dayandırıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Polşa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu gün Konsulluq Agentliyinin fəaliyyətinin dayandırılması ilə bağlı mərasimdə Polşanın Rusiyadakı səfiri Krzysztof Krajewski iştirak edib.

Qeyd edək ki, Polşa missiyası şəhərdə 2012-ci ilin aprelindən fəaliyyət göstərirdi.

Konsulluq Agentliyinin əsas vəzifələrindən biri Smolensk qəzasının baş verdiyi yerə və Katındakı Polşa Müharibə Qəbiristanlığına daimi nəzarəti həyata keçirmək idi. Agentlik Polşa tərəfi üçün vacib olan dəfn və xatirə yerlərini mütəmadi olaraq ziyarət edən polşalı zəvvarlara dəstək göstərib.

Konsulluq Agentliyi Rusiya Federasiyası hökuməti onun fəaliyyət göstərməsi üçün verdiyi razılığı iyul ayında geri götürdükdən sonra bağlanıb.

Xəbər lenti