Xəzər Xəbər

Valeri Zalujnı: Ukrayna ərazisinə 44 qanadlı raket və dron atılıb

Dünya | 12:45 • 30 Avqust 2023
Valeri Zalujnı: Ukrayna ərazisinə 44 qanadlı raket və dron atılıb

Avqustun 30-na keçən gecə Rusiya silahlı qüvvələri qanadlı raketlər və “Şahed” kamikadze pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib. Hava Hücumundan Müdafiə Qüvvələri 44 hava hədəfindən 43-nü vurmağa nail olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bunlardan 28-i qanadlı raket olub.

Hava hücumundan müdafiə qüvvə və vasitələri Kiyev, Çerkassı, Odessa və Nikolayev vilayətlərində 28 qanadlı raketin və 15 pilotsuz hücum təyyarəsinin hamısını məhv edib.

Xəbər lenti

Çox oxunanlar