Xəzər Xəbər

Ermənistanın sabiq müdafiə naziri həbsdə saxlanılacaq

Dünya | 12:22 • 30 Avqust 2023
Ermənistanın sabiq müdafiə naziri həbsdə saxlanılacaq

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə saxlanılacaq.

Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə Şurasının mətbuat katibi Lilit Şaboyan məlumat verib.

 

Şaboyanın sözlərinə görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Tonoyanın vəkilinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketləri almaqda və silah almağa ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur.

Sabiq müdafiə naziri 2021-ci ilin sentyabrından həbsdədir.

Xəbər lenti

Çox oxunanlar