Xəzər Xəbər

Ukrayna Krıma zərbələr endirib

Dünya | 10:23 • 28 Avqust 2023
Ukrayna Krıma zərbələr endirib

Ukrayna xüsusi əməliyyat qüvvələri Krım yarımadasında Rusiya Silahlı Qüvvələrinə məxsus 126-cı sahil mühafizə briqadasının obyektlərinə zərbələr endirib.

Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindən bildirilib.

Qeyd edilib ki, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

Zərbələr nəticəsində qarşı tərəfdən ölən və yaralananların olduğu bildirilib.

 

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024