Xəzər Xəbər

Moskvaya və Bryansk vilayətinə PUA hücumlarının qarşısı alınıb

Dünya | 09:36 • 28 Avqust 2023
Moskvaya və Bryansk vilayətinə PUA hücumlarının qarşısı alınıb

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva yaxınlığındakı Lyuberts rayonunda paytaxt istiqamətində uçan pilotsuz uçuş aparatını (PUA) vurub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Telegram”da məlumat paylaşıb.

Merin sözlərinə görə, itki və dağıntı yoxdur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri dünən gecə Bryansk vilayətinə də iki PUA ilə hücum ediblər. Hər iki PUA məhv edilib.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024