Xəzər Xəbər

Floridada afroamerikalılar atəşə tutulub ÖLƏNLƏR VAR

Dünya | 09:14 • 27 Avqust 2023
Floridada afroamerikalılar atəşə tutulub

ABŞ-ın Florida ştatının Ceksonvil şəhərində atışma nəticəsində 4 nəfər ölüb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ceksonvil şəhərinin meri Donn Diqana istinadən məlumat yayıb.

Silahlı şəxs "Dollar General" ticarət mərkəzindəkiləri atəşə tutub. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub, silahlı şəxs öldürülüb.

Şəhər polis rəisi bildirib ki, cinayət afroamerikalılara nifrət zəminində baş verib, silahlı şəxs ticarət mərkəzində məhz afroamerikalıları atəşə tutub.

Xəbər lenti