Xəzər Xəbər

Jitomirdə döyüş təlim təyyarələri toqquşub, 3 pilot həlak olub

Dünya | 20:24 • 26 Avqust 2023
Jitomirdə döyüş təlim təyyarələri toqquşub, 3 pilot həlak olub

Jitomir vilayətində iki "L-39" döyüş təlim təyyarəsi toqquşub.

Təyyarə qəzası nəticəsində məşhur pilot Andrey Pilşikov həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Dövlət Təhqiqatlar Bürosu və Hərbi Hava Qüvvələri birgə məlumat yayıb.

Təyyarə qəzası Ukrayna Aviasiya Günü ərəfəsində baş verib. Döyüş tapşırığını yerinə yetirərkən Jitomir yaxınlığında səmada iki "L-39" təyyarəsi toqquşub. Üç ukraynalı pilot həlak olub.

Dövlət İstintaq Bürosu artıq cinayət işi açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarələrin saz vəziyyətdə olub-olmadığını və uçuşlara hazırlıq qaydalarına əməl edilib-edilmədiyini yoxlayacaqlar.

Xəbər lenti