Xəzər Xəbər

Rusiyanın Baş naziri Ermənistana səfər edib

Dünya | 15:21 • 24 Avqust 2023
Rusiyanın Baş naziri Ermənistana səfər edib

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistana işgüzar səfər edib.

Xezerxeber.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. 

Rusiya hökumətinin başçısını Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və başqaları qarşılayıblar.

Ermənistanın Tsaxkadzor şəhərində keçiriləcək iclasda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri İttifaq daxilində inteqrasiya prosesinin dərinləşdirilməsini, orta və uzunmüddətli dövr üçün strateji inkişaf vektorlarının müəyyən olunmasını müzakirə edəcəklər.

Xəbər lenti

Çox oxunanlar