Xəzər Xəbər

Ukrayna kəşfiyyatçıları Krımda dövlət bayrağını asıblar

Dünya | 15:13 • 24 Avqust 2023
Ukrayna kəşfiyyatçıları Krımda dövlət bayrağını asıblar

Rusiyanın işğalı altındakı Krım yarımadasında Ukraynanın dövlət bayrağı asılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli UNIAN məlumat yayıb.

Bildirilib ki, hazırda yarımadada Ukrayna bayrağı dalğalanır.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl Krımda xüsusi əməliyyat keçirildiyini bildirmişdi. Məlumata görə, əməliyyat itkisiz başa çatıb.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Xəbər lenti

Çox oxunanlar