Xəzər Xəbər

Priqojinin təyyarəsi qəzaya düşməzdən əvvəl nələr olub?

“Flightradar” xidməti hesabat yaydı
Dünya | 14:57 • 24 Avqust 2023
Priqojinin təyyarəsi qəzaya düşməzdən əvvəl nələr olub?

Sərnişinləri arasında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin də olduğu “Embraer” təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya düşməzdən əvvəl qısa müddət ərzində bir neçə dəfə hündürlüyə qalxıb və enib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin hesabatında deyilir.

Hesabata görə, təyyarə çərşənbə günü Moskva vaxtı ilə saat 18:19-a qədər təxminən 8,5 km yüksəklikdə olub, sonra şaquli sürəti kəskin şəkildə enib və hündürlüyünü itirib. Bundan sonra təyyarə təxminən 9,15 km maksimum hündürlüyə çatıb, sonra isə 8,4 km-ə düşüb. Nəhayət təyyarə hündürlüyü təxminən 8,9 km-də sabitləşdirib, bundan sonra kəskin şəkildə enməyə başlayıb.

“Flightradar” ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.

Qeyd edək ki, avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçan təyyarənin Tver yaxınlığında qəzaya uğraması nəticəsində Priqojin də daxil olmaqla 10 nəfər həlak olub. Onlardan 3-ü ekipaj üzvü olub.

Xəbər lenti

Çox oxunanlar