Xəzər Xəbər

Çanaqqala boğazı bağlanıb

Dünya | 10:42 • 24 Avqust 2023
Çanaqqala boğazı bağlanıb

Çanaqqalada meşə yanğınları səbəbindən boğazdan keçid dayandırılıb.

Xezerxeber.az TRT-yə istinadən xəbər verir ki, boğazdan hər iki istiqamətə keçid bu gecə saat 3-də dayandırılıb.

 

Bu qərar yanğınların söndürülməsi zamanı dənizdən su götürülməsi məqsədilə verilib.

Qeyd edək ki, Çanaqqalada yanğına görə boğaz iki gün əvvəl birtərəfli bağlanmışdı.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024