Xəzər Xəbər

Almaniya vətəndaşlıq almaq qaydalarını sadələşdirir

Dünya | 09:00 • 24 Avqust 2023
Almaniya vətəndaşlıq almaq qaydalarını sadələşdirir

Almaniya federal hökuməti ölkə vətəndaşlığının alınması prosesini asanlaşdıran və mühacirlərin inteqrasiyası prosesini sürətləndirən qanun layihəsini təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb. 

Qanun layihəsinə əsasən, ölkədə beş il yaşayan və ya “inteqrasiya sahəsində xüsusi nailiyyətləri” olan şəxslər Almaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər.

Bundan əlavə, ikili vətəndaşlığın alınması ilə bağlı məhdudiyyət də aradan qaldırılacaq.

Vətəndaşlıq üçün müraciət edənlərdən dövlət müavinətləri almadan özlərini və ailələrini təmin edə biləcəklərinə dair sübut təqdim etmələri tələb olunacaq. Qanun layihəsi digər məsələlərlə yanaşı, Almaniyaya daha çox ixtisaslı kadrların cəlb edilməsi və işçi qüvvəsi çatışmazlığı probleminin həlli məqsədi daşıyır.

Almaniya Kansleri Olaf Şolz və hökumət üzvləri tərəfindən bəyənilən qanun layihəsi Bundestaqın təsdiqini tələb edir. Layihənin Bundestaqda müzakirəsi yay tətilinin sonunda baş tutacaq. Dəyişiklik edilmiş qanunvericilik gələn ilin yanvarında qüvvəyə minə bilər.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024