Xəzər Xəbər

Tver yaxınlığında qəzaya uğrayan təyyarənin qalıqları altından 7 nəfərin cəsədi çıxarılıb YENİLƏNİB - 2

Dünya | 23:28 • 23 Avqust 2023
Tver yaxınlığında qəzaya uğrayan təyyarənin qalıqları altından 7 nəfərin cəsədi çıxarılıb

Göyərtəsində “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin olan təyyarənin Tver vilayətində qəzaya uğradığı yerə gələn xilasedicilər 7 nəfərin cəsədini çıxarıblar.

Xezerxeber.az xəbər verir ki, bu barədə Boloqovski rayonunun vahid növbətçi-dispetçer xidməti bildirib.

Qəza yerinə təcili yardım briqadası göndərilib.

Qəza nəticəsində ümumilikdə 10 nəfərin öldüyü qeyd edilir.

21:38

Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin sərnişinləri siyahısında “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin də olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Y.Priqojinə məxsus olan və Moskvadan Sankt-Peterburqa uçan biznes-jet qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

21:18

Rusiyanın Tver vilayətinin Boloqovsk rayonunda “Embrair” biznes-jet qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, Rusiya FHN-in məlumatına görə, təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub. Rusiya mətbuatı təyyarənin Yevgeni Priqojinə məxsus olduğunu bildirirlər.

Xəbər lenti

Çox oxunanlar