Xəzər Xəbər

Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları verməyə hazırdır ZELENSKİ

Dünya | 09:03 • 13 Avqust 2023
Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları verməyə hazırdır
Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları verməyə hazırdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Azərbaycan minatəmizləmə avadanlıqları da daxil olmaqla yeni humanitar paket təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir. Ukraynanın tərəfdaşlarından bu avadanlıqları qəbul etməyə ehtiyacı var", - deyə Zlenski bildirib.

Ukrayna lideri bildirib ki, hazırda ümumilikdə 174 000 kvadrat kilometr ərazi minalar və partlamamış sursata görə təhlükəlidir.

"Bizim bu sahədəki ekspertlərimiz hər gün yeni partlayıcı sursatlar aşkar edirlər. Bunların daha fəal və təhlükəsiz şəkildə təmizlənməsi üçün bizim daha çox minatəmizləyən avadanlıqlara, maşınlara və xüsusi dronlara ehtiyacımız var. Bu sahədə bizə kömək edən bütün ölkələrə minnətdarıq", - deyə Zelenski bildirib

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024