Xəzər Xəbər

Krım körpüsü vurulub RUSİYA XİN

Dünya | 17:54 • 12 Avqust 2023
Krım körpüsü vurulub

Krım körpüsündə növbəti dəfə partlayış törətmək cəhdi olub.

Xezerxeber.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün körpüdə bir neçə dəfə partlayış olub.

Rusiya Müdafiə Nazirliyindən Krım körpüsünə zərbə endirməyə çalışan Ukrayna raketlərinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən havada vurulduğu açıqlanıb.

Hücum nəticəsində tələfat olmadığı, Krım körpüsünün zədələnmədiyin bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Krım körpüsünə və yarımadaya hücum cəhdlərinə münasibət bildirərək deyib ki, bu cür hərəkətlərə haqq qazandırmaq olmaz və onlar cavabsız qalmayacaq: ”Biz bu terror aktlarını qətiyyətlə pisləyirik".

Xəbər lenti

Çox oxunanlar