Xəzər Xəbər

Baydenə sui-qəsd hazırlayan şəxs ÖLDÜRÜLDÜ

Dünya | 18:43 • 10 Avqust 2023
Baydenə sui-qəsd hazırlayan şəxs

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Cozef Baydenə qarşı onlayn hədələr dərc edən şəxsi güllələyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, həmin şəxs avqustun 9-10-da Yutaya səfəri zamanı prezidenti öldürməklə hədələyib.

Yayılan məlumatlarda sözügedən şəxsin snayper tüfəngini təmizləməyə hazırlaşdığı, həmçinin Yutanın "snayperin Baydeni vurduğu yer" kimi tanınacağına ümid etdiyi bildirilib.

Təhdidlərə əsaslanaraq, Yuta məhkəməsi FTB-yə amerikalı mühafizəçini həbs etməyi və onun evində axtarış aparmağı əmr edib. Büro əməkdaşları Kreyq Robertsonun evinə gələndə atışma baş verib və nəticədə kişi ölüb.

Telekanalın məlumatına görə, FTB agentlərindən heç biri xəsarət almayıb.

Xəbər lenti

Çox oxunanlar