Xəzər Xəbər

COVİD-in yeni dalğası rəsmi ELAN EDİLDİ EG.5

Dünya | 17:07 • 10 Avqust 2023
COVİD-in yeni dalğası rəsmi ELAN EDİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Omikron” ştamının yeni variantının - EG.5-in dünyada sürətlə yayıldığını bildirib.

Xezerxeber.az xəbər verir, bu barədə qurumun hesabatında məlumat verilib.

Bildirilir ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Yeni variant ilk dəfə 2023-cü il fevralın 17-də qeydə alınıb.

Qeyd edək ki, son həftələrdə ABŞ, eləcə də İtaliya, Yaponiya, Böyük Britaniya, İspaniya və dünyanın digər ölkələrində COVID-19-a yoluxma statistikasında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Ekspertlər bildirir ki, gələn həftələrdə bütün dünyada məktəblər yenidən açıldıqca, yay və ya qış tətilindən sonra, yüz milyonlarla uşaq zəif havalandırılan sinif otaqları ilə dolacaq və cəmiyyət tamamilə hazırlıqsız qalarkən mövcud dalğanı dərinləşdirəcək.

Xəbər lenti

Çox oxunanlar