Xəzər Xəbər

Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 54 nəfərə yüksəlib

Dünya | 14:50 • 31 İyul 2023
Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 54 nəfərə yüksəlib

Pakistanın şimal-qərbində yerləşən Hayber-Pahtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 54 nəfər həlak olub.

Xezerxeber.az xəbər verir ki, hücum zamanı xəsarət alan 83 nəfər hazırda əyalətin tibb müəssisələrində müalicə alır.

İyulun 30-da Pakistanın hakim koalisiyasına daxil olan “İslam Alimləri Assambleyasının” qurultayında terror aktı törədilib. Partlayış nəticəsində 44 nəfər, o cümlədən partiyanın Baş katibi Har Ziyaullah hadisə yerində həlak olub.

Regionda fövqəladə vəziyyət rejimi elan edilib. Əyalətin Administrativ mərkəzi – Peşavar şəhərindəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib. Həkimlər yaralıların bir çoxunun kritik vəziyyətdə olduğunu bildirir.

Xəbər lenti

Çox oxunanlar