Xəzər Xəbər

Ukraynanın Krivoy Roq şəhəri raket atəşınə tutulub, ölənlər və yaralananlar var

Dünya | 12:42 • 31 İyul 2023
Ukraynanın Krivoy Roq şəhəri raket atəşınə tutulub, ölənlər və yaralananlar var

Rusiya silahlı qüvvələri iyulun 31-də Ukraynanın Krivoy Roq şəhərini raket atəşinə tutub. Raketlərdən biri dördmərtəbəli məktəb binasına, digəri isə doqquzmərtəbəli yaşayış binasına düşüb. Ölənlər və yaralılar var.

Xezerxeber.az xəbər verir ki, Ukrayna daxili işlər naziri İqor Klimenkonun açıqlamasında görə, hazırda hadisə yerində xilasedicilər və polislər işləyir.

Raket yaşayış binasının dördüncü mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər olan hissəsini dağıdıb, binada yanğın baş verib.

Dağıntılar altında insanların olduğu bildirilir.

Xəbər lenti

Çox oxunanlar