Xəzər Xəbər

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, 22 nəfər yaralanıb YENİLƏNİB

Dünya | 11:50 • 30 İyul 2023
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, 22 nəfər yaralanıb

Türkiyənin Qars bölgəsində 50 metr hündürlükdən aşan sərnişin avtobusunda ölənlərin sayı açıqlanıb.

Xezerxeber.az "TRT Haberə"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, 7 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.

Vəziyyəti ağır olan yaralı magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.

10:33

Türkiyənin Qars bölgəsində Sarıqamış rayonunda sərnişin avtobusu yoldan aşıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri, polis əməkdaşları və xilasedcilər cəlb edilib. 

Xəbər lenti