Xəzər Xəbər

Tailandda partlayış olub: 11 nəfər ölüb, 100-dən çox yaralı var

Dünya | 10:09 • 30 İyul 2023
Tailandda partlayış olub: 11 nəfər ölüb, 100-dən çox yaralı var

Tailandın Malayziya ilə sərhədində yerləşən Sunqaykolok şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş vermiş güclü partlayış nəticəsində 11 nəfər ölüb, 121 nəfər yaralanıb. Yaralılardan 111 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tailand Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində yerli ticarət mərkəzi, bazar və 500 metr radiusda yerləşən evlərə böyük ziyan dəyib. Hökumət orqanlarının məlumatına görə, ümumilikdə 292 ev təsərrüfatına ziyan dəyib.

“Menecer Online” qəzetində ölənlər arasında səkkiz aylıq və dörd yaşlı uşaqların da olduğu yazılıb.

Xəbər lenti

Çox oxunanlar