Xəzər Xəbər

Nigerdə hərbi çevriliş olub

Dünya | 10:43 • 27 İyul 2023
Nigerdə hərbi çevriliş olub

Nigerdə hərbi çevriliş baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Niger Dövlət Televiziyasının canlı yayımında özlərini “Vətəni Müdafiə Milli Şurası” adlandıran bir qrup hərbçi tərəfindən dövlət idarəçiliyinin ələ keçirildiyi açıqlanıb.

Açıqlamada ölkənin daxili problemlərinin aradan qaldırılması üçün Prezident Bazumun devrildiyi bildirilir.

Ölkədə komendant saatı tətbiq edilib və dövlət sərhədləri bağlanıb.

Xəbər lenti

Çox oxunanlar