Xəzər Xəbər

Rusiya Odessa limanını raketlə vurub, ölən var

Dünya | 09:53 • 27 İyul 2023
Rusiya Odessa limanını raketlə vurub, ölən var

Rusiya hərbçilərinin Ukraynanın Odessa şəhərindəki dəniz limanının infrastrukturunu raket atəşinə tutması nəticəsində bir mülki şəxs ölüb.

Xezerxeber.az yerli UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub Dairəsinin Birləşmiş Koordinasiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Rusiya Qara dənizdəki sualtı qayığından limana aşağı səviyyədə “Kalibr” raketi buraxıb.

Bildirilib ki, raket limandakı inzibati binalardan birinə düşüb, nəticədə bir əməkdaş ölüb, yük terminallarından birində avadanlıq zədələnib.

Xəbər lenti