Xəzər Xəbər

Britaniya Türkiyə ilə birgə taxıl sazişinin bərpası üzərində çalışır

Dünya | 15:31 • 25 İyul 2023
Britaniya Türkiyə ilə birgə taxıl sazişinin bərpası üzərində çalışır

Böyük Britaniya taxıl sazişinin bərpası üzrə Türkiyə ilə sıx əməkdaşlıq edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının nəticələrinə dair Böyük Britaniya Nazirlər Kabineti rəhbərinin dəftərxanası tərəfindən yayılan bəyanatda deyilir.

“Qara dəniz təşəbbüsü ilə bağlı müzakirələr zamanı Ukrayna taxılının dünya bazarına çıxarılmasının vacibliyi barədə razılığa gəlinib. Baş nazir Rişi Sunak taxıl sazişinin bərpası üçün Türkiyə ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb”, - deyə sənəddə bildirilir.

Rişi Sunak Britaniyanın BMT Təhlükəsizlik Şurasının sədri olaraq, Rusiyanın hərəkətlərini qınamağa davam edəcəyini də vurğulayıb.

Xəbər lenti