Xəzər Xəbər

Netanyahu xəstəxanadan çıxdıqdan sonra Knessetə gəlib

Dünya | 17:11 • 24 İyul 2023
Netanyahu xəstəxanadan çıxdıqdan sonra Knessetə gəlib

İsrailin Baş naziri Binyamin Netanyahu tibb mərkəzindən çıxaraq məhkəmə islahatları layihəsi üzrə səsvermənin keçirildiyi Knessetə (parlament) gəlib.

“Times of İsrael”saytı yazır ki, bir müddət öncə kardiostimulyator qoyularaq xəstəxanadan buraxilan Baş nazir parlament binasının qarşısına toplaşan nümayişçilərdən və jurnalistlərdən yayınmaq üçün Knessetə arxa qapıdan daxil olub.

İsraildə Binyamin Netanyahunun təşəbbüsü olan məhkəmə islahatları miqyaslı etirazlar doğurub. Hazırda Qüds şəhərində kütləvi etiraz aksiyaları davam edir. Nümayişçilər bəzi rayonlarda avtomobil yollarını bağlayıb. Vətəndaşlara aksiyaların keçirildiyi yerlərdən uzaq durmaq tövsiyə olunur.

ABŞ Prezidenti Cozef Bayden Netanyahunu qalmaqallı qanun layihəsini parlamentdən geri götürməyə çağırıb.

Xəbər lenti

Çox oxunanlar