Xəzər Xəbər

Banqladeşdə avtobus qəzası: 17 nəfər ölüb, 35 yaralı var

Dünya | 19:01 • 22 İyul 2023
Banqladeşdə avtobus qəzası: 17 nəfər ölüb, 35 yaralı var

Banqladeşin cənubunda sərnişin avtobusunun yoldan çıxaraq gölməçəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Bu barədə "Dhaka Tribune" nəşri məlumat yayıb.

İlkin versiyaya görə, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb.

Sərnişinlərdən 13-ü hadisə yerində, daha 4-ü xəstəxanada ölüb. Ölənlər arasında yeddi azyaşlının və beş qadının olduğu bildirilir.

Xəbər lenti

Çox oxunanlar