Xəzər Xəbər

Antalyada otel yanıb, iki turist ölüb, 12 nəfər yaralanıb

Dünya | 13:50 • 22 İyul 2023
Antalyada otel yanıb, iki turist ölüb, 12 nəfər yaralanıb

Türkiyənin əsas turizm məkanlarından biri olan Antalyanın Muratpaşa rayonunda ikimərtəbəli butik otel yanıb.

Xezerxeber.az yerli mediaya istinadla xəbər verir ki, yanğın nəticəsində 2 turist həyatını itirib, 12 nəfər yaralanıb.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib.

Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında isə Norveç, Danimarka və Niderlanddan olan turistlər var. Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.

Yanğının səbəbləri araşdırılır.

Xəbər lenti