Xəzər Xəbər

Türkiyə və Ukrayna prezidentləri taxıl sazişinin uzadılmasını müzakirə ediblər

Dünya | 12:37 • 22 İyul 2023
Türkiyə və Ukrayna prezidentləri taxıl sazişinin uzadılmasını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Qara dəniz taxıl sazişinin uzadılması məsələsini müzakirə edib.

Xezerxeber.az-a "Anadolu" agentliyinə istinadla xəbər verir ki, telefon danışığı Ukrayna liderinin təşəbbüsü ilə baş tutub.

Prezident Rəcəb Tayyib Ərdoğan görüş zamanı Türkiyənin müharibənin başa çatması üçün səy göstərdiyini bildirib. Volodimir Zelenski isə Rusiyanın sazişdən çıxması səbəbindən dünyanın ərzaq böhranı ilə üzləşə biləcəyini vurğulayıb.

BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo isə öz növbəsində son zamanlar Rusiyanın Qara dənizdəki Ukrayna limanlarına hücumlarından narahatlığını ifadə edib.

Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının, habelə Rusiyanın aqrar məhsullarının və gübrəsinin beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. 2023-cü il iyulun 17-də Rusiya sazişdən çıxdığını elan edib və Qara dəniz təşəbbüsünə yalnız razılaşmanın Rusiyaya aid hissəsi reallaşacağı halda qayıdacağını bildirib.

Ukrayna və Rusiya taxıl və digər ərzaq məhsullarının ən böyük ixracatçılarıdır. Bu ölkələrdən tədarük zəncirinin qırılması dünya bazarında ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

Xəbər lenti