Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinlə görüşüb.
Xezerxeber.az "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib.
Bildirilib ki, Levon Ter-Petrosyanın təşəbbüsü ilə baş tutan görüş onun şəxsi evində keçirilib.
Tərəflər görüş zamanı demək olar ki, Ermənistan ictimaiyyətini narahat edən bütün problemlərə toxunublar.