Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Ərdoğan bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb.