Rusiya Kaxovka su elektrik stansiyasının (SES) partladılmasında Ukrayna tərəfini təqsirləndirib.
Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində Kaxovka SES-in Ukrayna tərəfindən partladıldığını deyib.
“Birmənalı şəkildə deyə bilərik ki, bu, Ukrayna tərəfinin təxribatıdır. Bu təxribat regionun on minlərlə sakini, ekologiya üçün, eləcə də hələ məlum olmayan digər ağır nəticələrə gətirib çıxara bilər”, - deyə o bildirib.