Xəzər Xəbər

Paşinyanın oğlu oğurlanmasından DANIŞIB

Dünya | 17:39 • 5 İyun 2023
Paşinyanın oğlu oğurlanmasından

Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhddən danışıb.

Xezerxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan baş nazirinin oğlu Aşot Paşinyanın onu qaçırmaqda ittiham olunan mərhum Jora Martirosyanın anası Qayane Akopyanın (Martirosyan) hara apardığını bilmədiyini deyib.

"O, avtomobilə öz istəyi ilə mindiyini bildirib."

Onun sözlərinə görə, ona artıq maşında Yerablur hərbi panteonuna getdikləri barədə məlumat verilib. A.Paşinyan həmçinin əlavə edib ki, Q.Akopyan onu maşından düşməyə qoymayıb.

Qeyd edək ki, ötən ay Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhd ediblər. Oğurluqda iştirak edənlər Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin Aşot Paşinyan maşından düşə bilib. Onları izləyən eyni qruplaşmanın digər üzvləri avtomobil ilə Aşotu vuraraq hadisə yerində qaçıblar. Baş nazirin oğlu ayağından xəsarət alıb.

Xəbər lenti

Oğuza dolu yağıb
21:26 • 21 Oktyabr 2024