Xəzər Xəbər

Mirzoyan: Sərhədlərin delimitasiyası üçün hansı xəritədən istifadə ediləcəyi barədə razılaşma yoxdur

Dünya | 12:41 • 5 İyun 2023
Mirzoyan: Sərhədlərin delimitasiyası üçün hansı xəritədən istifadə ediləcəyi barədə razılaşma yoxdur

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı deyib.

Bununla belə, o, tərəflərin bu istiqamətdə işləri ötən ilin oktyabrında Praqa görüşündə razılaşdırılmış Alma-Ata Bəyannaməsinə uyğun şəkildə aparılması öhdəliklərinin olduğunu qeyd edib.

Qeyd edək ki, Alma-Ata bəyannaməsinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycanın ərazisi kimi təsdiqlənib.

Xəbər lenti

Çox oxunanlar