Xəzər Xəbər

Stoltenberq: İsveç Türkiyənin tələblərinə əməl edib və NATO-ya üzv olmağa hazırdır

Dünya | 18:14 • 4 İyun 2023
Stoltenberq: İsveç Türkiyənin tələblərinə əməl edib və NATO-ya üzv olmağa hazırdır

İsveç Türkiyənin üçtərəfli memorandum çərçivəsində tələblərini yerinə yetirib və NATO-ya üzv olmaq hüququna malikdir.

Xezerxeber.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi. Konkret addımlar atıldı, qanunlar dəyişdirildi. Etiraf edirəm ki, İsveçdəki nümayişlər çətinliklər yaratdı”, - deyə o vurğulayıb.

Stoltenberq, həmçinin qeyd edib ki, Prezident Ərdoğanla bugünkü görüşdə İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılıq əldə olunub. Türkiyənin NATO-nun Vilnüs sammitinə qədər İsveçin ərizəsini ratifikasiya etməyə hələ vaxtı var.

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024