Xəzər Xəbər

Türkiyədə mədəndə partlayış olub, 1 nəfər ölüb, 1 yaralı var

Dünya | 14:00 • 4 İyun 2023
Türkiyədə mədəndə partlayış olub, 1 nəfər ölüb, 1 yaralı var

Türkiyədə Elazığ bölgəsində mədəndə baş verən partlayış olub, nəticəsində çökmə baş verib. Bir fəhlə uçurumun altında qalaraq ölüb, bir işçi isə yaralanıb.

Hadisə yerinə sağlamlıq, jandarma və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları sövq edilib.

Uçqun altından çıxarılan Remzi Tahtacının öldüyü müəyyən edilib. Yaralı A.T. təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Çox oxunanlar