Xəzər Xəbər

Moskva meri PUA hücumları ilə bağlı açıqlama verib

Dünya | 10:34 • 30 May 2023
Moskva meri PUA hücumları ilə bağlı açıqlama verib

Rusiyanın paytaxtı Moskva şəhərində çoxmərtəbəli yaşayış binalarından birinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, PUA hücumuna məruz qalan iki evin sakinləri FHN əməkdaşlarının ərazidə xilasetmə işləri aparması səbəbindən müvəqqəti olaraq təxliyə edilib.

Həyata keçirilən işlər başa çatdıqdan dərhal sonra onlar öz mənzillərinə qayıda biləcəklər.

Sobyanin onu da əlavə edib ki, PUA-nın yaşayış binasına hücumu nəticəsində 16-cı mərtəbədə yerləşən mənzilə daxil olan uçuş aparatı partlamayıb. Hadisədən sonra iki nəfər tibbi yardım üçün müraciət edib, lakin onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024